Polşada yanğınlar törədən 32 Rusiya agentindən 5-i erməni çıxdı: Baş nazir Tusk açıqlama verdi

Polşanın Baş naziri Donald Tusk Rusiya kəşfiyyatının Polşa ərazisində həyata keçirdiyi sabotaj planlarını ifşa edərək təhlükəsizlik strukturlarını “real təhlükə rejimi”nə keçməyə çağırıb.

O, konkret cinayət faktlarını, iştirakçıları və arxasındakı Kremlin planlarını açıqlayıb.

Onet.pl-ə istinadən yayılan məlumata əsasən, Donald Tusk hökumətin təhlükəsizlik müşavirəsində bildirib ki, Rusiyanın diversiya şəbəkəsi Polşada artıq ifşa olunub. 32 nəfər saxlanılıb, onlardan biri artıq məhkəmə tərəfindən təqsirli bilinərək cəzalandırılıb.
  • Sosial şəbəkədə paylaş