Azərbaycanda yeni futbol klubu fəaliyyətə başladı

"Təkan" FK Bakıda fəaliyyət göstərəcək.

Komanda üzümüzə gələn mövsümdə Region Liqasında mübarizə aparacaq. Bununla bağlı AFFA-ya edilən müraciət müsbət cavablandırılıb.

"Təkan"ın dəstəkçiləri bir qrup iş adamıdır. Onlar tərəfindən kollektivə kifayət qədər büdcə ayrılıb. Məqsəd də birmənalıdır - Region Liqasında çempion olmaq və birbaşa II Liqaya vəsiqə qazanmaq. Bu niyyətlə heyətə bir neçə təcrübəli oyunçu cəlb edilib.
  • Sosial şəbəkədə paylaş