Türkiyə Mərkəzi Bankı faizləri endirdi

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 250 baza bəndi - 47,5 faizdən 45 faizə endirib.

Bu barədə tənzimləyicinin pul siyasəti komitəsinin bu il keçirilən ilk iclasının yekunları üzrə hesabatında məlumat açıqlanıb.

Türkiyə Mərkəzi Bankının qərarı analitiklərin əksəriyyətinin fikirləri ilə üst-üstə düşüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, 2025-ci ildə ölkə hakimiyyəti əsas faiz dərəcəsini aşağı salacaq və bu, inflyasiyanın azalmasına kömək edəcək.
  • Sosial şəbəkədə paylaş