Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib.

2 vaqondan ibarət çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət çəkisi 138 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 min 955 ton Aİ-95 benzini ixrac olunub.

Ətraflı
  • Sosial şəbəkədə paylaş