Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək.
AZƏRTAC verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Nazir müavini bildirib ki, yaxın dövrdə Aqrar Subsidiya Şurasının iclasında konkret subsidiya məbləğləri müəyyən ediləcək. İribuynuzlu heyvanlarda süd məhsuluna subsidiya nəzərdə tutulur. Həmçinin Dövlət Proqramı çərçivəsində ixtisaslaşmış təsərrüfat modelinə qoşulmuş təsərrüfatlarda müəyyən tələblər gözlənilməklə kəsimxanalarda kəsilmiş ətin subsidiyalaşması nəzərdə tutulur. Dəri məhsulunun da emala və dəyəryaranma prosesinə cəlb olunma prosesini təşviq etmək üçün dəritoplama məntəqələrinin avadanlıqlarına güzəşt tətbiqi, həmçinin dərinin özünə müəyyən məhsul subsidiyası verilməsi planlaşdırılır.