Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

İşğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun bərpası və inkişafı istiqamətində işlər davam etdirilir.

Şuşa şəhərində yerləşən Şuşa Müalicə Sağlamlıq Mərkəzində əhaliyə ambulator tibbi xidmətlərin göstərilməsinə başlanılıb.

Bununla yanaşı, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir.

Eyni zamanda, Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın, Sabunçu rayonunun Maştağa qəsəbəsində ixtisaslaşdırılmış narkoloji tibb müəssisəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yarımtikili xəstəxana binasının tikintisi həyata keçirilib, habelə 1 nömrəli Uşaq Somatik Sanatoriyasında təmir işləri başa çatdırılıb.
  • Sosial şəbəkədə paylaş