Tikinti materiallarının istehsalı 5,9 faiz artıb

Tikinti materiallarının istehsalı sahəsində cari ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 568,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıb.

Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, dövr ərzində əhəng istehsalı 65,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 38,4 faiz artıb.
  • Sosial şəbəkədə paylaş