Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faizdən çox artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 701,1 milyon manat məbləğində avtomobil yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ilin müvafiq ayları ilə müqayisədə avtomobil yanacağı satışından əldə edilən gəlir 4,3 faiz və ya 247,9 milyon manat artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil yanacağı satışından 6,1 faiz gəlir əldə edilib.
  • Sosial şəbəkədə paylaş