Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatının qarşılanması məqsədilə noyabrın 7-si, 8-i, 9-u və 10-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən bildirilib ki, QSC həmçinin Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi hərəkət qrafikinə uyğun olaraq gündəlik sərnişin daşımaları davam etdiriləcək.

Qatar biletlərini ADY-nin rəsmi internet saytından, “ADY Mobile” mobil tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.
  • Sosial şəbəkədə paylaş