Azərbaycanda qadın "Tiktok"er cinayət törətdi

Bərdə rayonunda qadın "Tiktok"da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "Tiktok" sosial şəbəkəsində mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaq zərbəsi vurub. Yaralı Bərdə mərkəzi xəstəxanasına yerləşdirilib.

T. Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarət alan şəxsin Vətən Müharibəsi iştirakçısı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş