Rus generalın qətlində şübhəli bilinən şəxs Türkiyədə SAXLANILIB

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb.

Bu barədə TASS-a məlumatlı mənbələr bildiriblər.

“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, - deyə mənbələr bildiriblər.

Qeyd edək ki, dünən Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb.
  • Sosial şəbəkədə paylaş