Sumqayıtda yük maşını 8-ci sinif şagirdini vuraraq öldürdü

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş