Kürə atılan Nuranənin qətli ilə bağlı yeni - Detallar

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

Onların yaxınları hadisə ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.

Onlar bildiriblər ki, Seyidrəsul Nuranənin 15 yaşı olandan onunla qeyri-rəsmi nikahda yaşayıb:

“Bir il olar bir yerdə idilər. Övladları yox idi. Mən nə deyim, hər ailədə söz-söhbət olur”.

Qeyd edək ki, T.Seyidrəsul 17 may tarixində birgə yaşadığı 16 yaşlı Nuranəni Kür çayına gətirib və onu orada qətlə yetirərək çaya atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.
  • Sosial şəbəkədə paylaş