30 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

A SƏHİFƏ

ARXİV

QƏZET

Kontaktlar
AZ

RU

Onlayn ictimai-siyasi qəzet


MOBİL VERSİYA

30 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

98 18.08.2025 09:54 A A
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Komitəyə istinadən xəbər verir ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı bir ədəd paletdəki kahı yüklü yeşiklərin alt hissəsindən gömrük nəzarətindən gizlədilən 34 ədəd bağlamada, ümumi təqribi çəkisi 30 kiloqram 599 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş