AXCP sədri Əli Kərimli saxlanılıb

AXCP sədri Əli Kərimli saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə AXCP-nin Fransada yaşayan fəalı Natiq Ədilov məlumat yayıb.

N.Ədilov əlavə edib ki, DTX onun evində axtarış aparıb. (Unikal)
Məlumat artıq rəsmi mənbələr tərəfindən təsdiqlənib.

Rəsmi instansiyalardan alınan cavablar saxlanılma faktının doğru olduğunu göstərir. Onunla yanaşı AXCP -nin bir sıra rəhbər şəxsləri, o cümlədın Məmməd İbrahim də saxlanılıb.

Hazırda Əli Kərimlinin hansı maddə üzrə və hansı qurum tərəfindən saxlanıldığı, eləcə də prosesin detalları dəqiqləşdirilir. Mövzu ilə bağlı əlavə məlumatlar Musavat.com tərəfindən təqdim olunacaq.
  • Sosial şəbəkədə paylaş