Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Yanvar ayının 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F. Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
  • Sosial şəbəkədə paylaş