Cəlilabadda 14 yaşlı yeniyetmə öldürülüb

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.

İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.

Araşdırma zamanı məlum olub ki, M. Abdulhüseynlinin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş