Tovuzda 32 yaşlı kişi qətlə yetirilib

Hadisə rayonun Əyyublu kəndində baş verib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş