Qazaxıstanda narkotik qaçaqmalçılarının 19 marşrutu ləğv edilib

2026-cı ilin avqust-oktyabr ayları arasında Qazaxıstanda səkkiz beynəlxalq və 11 regional narkotik qaçaqmalçılığı marşrutu ləğv edilib, beş gizli laboratoriyanın fəaliyyəti isə dayandırılıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, keçirilən əməliyyatlar nəticəsində 1,3 tondan çox narkotik maddə və 2,6 tondan çox prekursor müsadirə edilib.

Qırx Qazaxıstan vətəndaşı və beş əcnəbi cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.

Hazırda məhkəməyəqədər təhqiqatlar aparılır.
  • Sosial şəbəkədə paylaş