Ağcaqanad öldürən dronlar hazırlandı

Amerikalı mühəndislər ağcaqanadlarla mübarizə üçün yeni tipli mini-dron təqdim ediblər.

Tornyol” adlandırılan cihaz ölçüsünə görə əl boydadır və müəyyən olunmuş ərazidə avtomatik patrul edərək ağcaqanadları məhv etmək üçün hazırlanıb.

Dron çoxsaylı sensorlarla təchiz olunub. O, hədəfi həm səsə, həm də hərəkətə əsasən müəyyənləşdirir və xüsusi lopastlar vasitəsilə uçuş zamanı ağcaqanadı sıradan çıxarır. İstifadəçi mobil tətbiq üzərindən patrul zonası seçir, bundan sonra cihaz müstəqil rejimdə fəaliyyətə başlayır.

  • Sosial şəbəkədə paylaş