Yaponiyada aparılan yeni araşdırma alimləri təəccübləndirən nəticə ortaya çıxarıb. Məlum olub ki, küçə lampalarının işığı bəzi kiçik dəniz canlılarının davranışını dəyişir və onları “ölüm dairəsi” adlanan təhlükəli vəziyyətə salır.
“Ecology and Evolution” jurnalında yayımlanan araşdırmaya görə, xüsusilə “dəniz birəsi” kimi tanınan kiçik amfipodlar gecə saatlarında güclü LED işıqların ətrafında saatlarla dairəvi şəkildə hərəkət edir. Alimlər bildirirlər ki, canlılar bu zaman istiqamət hissini itirir və olduqları ərazidən uzaqlaşa bilmirlər.
Müşahidələr əsasən Yaponiya limanlarında aparılıb. Tədqiqatçılar qeyd edirlər ki, ağ rəngli küçə lampaları canlılara daha güclü təsir göstərir. Süni işıq onların təbii hərəkət və yön tapma sistemini pozduğu üçün eyni nöqtədə ilişib qalırlar.
Araşdırmada həmçinin vurğulanıb ki, işığın ətrafında toplaşan bu canlılar balıqlar üçün asan ova çevrilir. Uzmanların fikrincə, süni işıq çirkliliyi dəniz ekosisteminə düşündüyündən daha ciddi təsir göstərə bilər.