Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.

66 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev finalda serbiyalı rəqibi Marko Yorqiçə ipponla qalib gələrək, gənclər arasında ikiqat qitə çempionu olub.

Daha əvvəl Ayxan Mirzəzadə (60 kiloqram) Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xədicə Qədəşova (57 kiloqram) isə bürünc medal görüşündə uduzub.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.
  • Sosial şəbəkədə paylaş