Həyat üçün yararlı yeni planet kəşf edildi

Astronomiya dünyasında inqilabi yenilik baş verib. Alimlər Günəş sistemindən kənarda, demək olar ki, Yer kürəsindən fərqlənməyən və yaşayış üçün tam yararlı olan yeni bir planet kəşf ediblər.

"LHS 1140-b" adlandırılan bu unikal planet bizdən 48 işıq ili məsafəsində yerləşir.

Tədqiqatçıların fikrincə, planet həyatın mövcudluğu üçün zəruri olan bütün fundamental xüsusiyyətlərə malikdir.

Belə ki, planetin bərk səthi, normal temperaturda maye suyu və ən əsası, kosmik radiasiyadan, eləcə də ətrafında fırlandığı ulduzun zərərli şüalanmasından qoruyan güclü atmosferi var.

Bu möhtəşəm tapıntıdan sonra dünya alimləri artıq yeni planetdə birbaşa bioloji həyatın və canlı orqanizmlərin izlərini axtarmağa başlayıblar. Tədqiqatlar intensiv şəkildə davam etdirilir.
  • Sosial şəbəkədə paylaş