Musiqidən sülhə uzanan yol: "Nar ağacı" manifesti

Respublikanın əməkdar artisti, gözəl ifaçı, bəstəkar, akademik təhsilli musiqiçi, müəllif və şair, aydın və fəal həyat mövqeyi olan şəxsiyyət… Üstəlik, həm yaradıcı cəsarətə malik olmaq, həm də daim aktual qalmaq, müzakirə mövzusuna çevrilmək, estrada sevərləri ilə yanaşı klassik musiqi həvəskarlarının da marağını cəlb etmək hər kəsin bacardığı iş deyil.

Musiqidən sülhə uzanan yol: "Nar ağacı" manifesti
Elza Seyidcahan – Azərbaycan estradasının sönməz ulduzudur. Onun məşhurluğunun zirvəsi daim ucalıqdadır: mahnıları reytinqlərdə ön sıralarda yer alır, bəziləri isə internetdə rekord sayda baxış toplayır. “Bu gecə”, “Son vida” kimi şah əsərlər milyonlarla baxış yığmaqda davam edir. Bir şərhdə deyildiyi kimi: “Bu mahnılardan yalnız biri belə, ona Xalq artisti adını qazandırmağa kifayət edərdi.”

Onun yaradıcı uğurları milli incəsənətimizin inkişafına böyük töhfə verir. Elza xanımın sayəsində Azərbaycan musiqi mədəniyyəti daha bir incilə – “Nar ağacı” adlı əsərlə zənginləşib. Bu əsəri tam mənası ilə narın himni adlandırmaq olar. Taclı meyvə olan nar Xəzər kimi, Qafqaz dağları kimi Azərbaycanın zəngin təbiətinin rəmzidir. Amma məsələ təkcə bununla bitmir…

Mahnıda belə bir misra var: “Mən nar ağacları əkdim dünyanın hər yerinə.” Bu sözlər sosial-siyasi bir bəyanat, bəşəri bir çağırış kimi səslənir: “Müharibələr və ədavətlər əvəzinə gəlin ağac əkək, şəhərlər quraq, dünyanı gözəlləşdirək.” Biz Qarabağ müharibəsinə son qoyduq, torpaqlarımızı bərpa etdik, tarlalara yenidən toxum səpirik, insanları yurd-yuvalarına qaytardıq. Həyat viran qalmış diyarlara geri döndü.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin atdığı addımlar sayəsində Azərbaycan dünyanın bütün bölgələrində möhkəm mövqe qazanıb, onun haqq səsi beynəlxalq tribunlardan uca səslə eşidilir. Respublikanın investisiya, nəqliyyat və neft siyasəti Avropa və Asiyanın bir çox ölkələrinin iqtisadiyyatları üçün etibarlı təməl yaradıb. Bütün bunları nar ağaclarının – həyatın, bolluğun, dünyanın ən faydalı və gözəl meyvə ağacının – əkilməsi ilə müqayisə etmək olmazmı? Əlbəttə ki, olar.

Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın Vatikana səfərlərinin birində müqəddəs məkanda nar ağacı əkməsi də sülh və bərəkət mesajı kimi dəyərləndirilə bilər.

Musiqidən sülhə uzanan yol: "Nar ağacı" manifesti
Elza xanım – assosiasiyaların ustasıdır. Seçdiyi şeirin müəllifi sevimli şairimiz Seyran Səxavətdir. Təsadüfə baxın ki, şair bu şeiri Elza Seyidcahanın doğulduğu ildə qələmə alıb. Və illər sonra həmin misralar ifaçının özü tərəfindən bəstələnmiş təntənəli, epik musiqi ilə səsləndirildi.

Göyçay Nar Festivalı ilə Vətən müharibəsində Qələbənin 5 illiyi ötən il üst-üstə düşdü və Elza xanım sözügedən mahnını bayram konsertində ifa etdi.

Mahnının son akkordları altında səmaya alovlu fişənglər qalxdı. O işıqlar yetişmiş nar dənələrinin fəvvarəsini xatırladırdı. Bu möhtəşəm an tamaşaçılar üçün unudulmaz oldu. İfaçı üçün xüsusi hazırlanmış parlaq səhnə kostyumu o qədər gözəl idi ki, şəhər muzeylərindən biri onu ekspozisiya üçün istədi.

Təkrarsız Elza Seyidcahan – milli estradamızın ən güclü və ən gözəl səslərindən biri, özünəməxsus bəstəkar və şair – hər zaman tamaşaçını heyrətləndirməyi bacarır. Yalnız yaradıcılığı ilə deyil, həm də zahiri görünüşü ilə: hər zaman yenilikçi, hər zaman diqqət çəkən, daim orijinal.

Müğənni mahnıya klip də çəkdirib. Müasir texnologiyaların, xüsusi ilə süni zəkanın sayəsində, klip olduqca parlaq, rəngarəng və möhtəşəm alınıb; tamaşaçıları füsunkar mənzərələr və sənətçinin geyimi valeh edir.

Təntənəli, himnvari bu əsərdə müxtəlif üslubların və tonal yüksəkliklərin uğurlu sintezini, dərviş musiqisinin klassika ilə, xor ifasının vokalla, eləcə də balaban, zurna, duduk, saz kimi milli musiqi alətlərinin səsləri ilə qovuşduğunu eşidirik. Tütəyin kanon tərzində səslənməsi musiqiyə dərinlik, həcm və harmonik zənginlik qatır

Milli musiqi alətlərində Coşqun ifa edir, ritm alətində isə Vəfadar.

Layihənin müəllifi Elza xanımdır. Onunla yanaşı, klipin üzərində sənətdə sözünü demiş peşəkarlardan ibarət heyət çalışıb: rejissor Nail Nabioğlu, montajçı Etibar Həsənov, oranjimançılar Rüstəm Rzayev və Mila Miles, süni zəka üzrə yaradıcısı Anar Yusub, səhnə geyimin ideya müəllifi Rasimə Seyidcahan, "Guzen" moda evin rəhbəri Zemfira Qurbanova, stilistlər Pərviz Mirzəyev və Asya Musazadə, "Ağ çiçəyim" şirkətin əməkdaşların da əməyi var.

Düşünürəm ki, bu ciddi və mürəkkəb əsər konservatoriya tələbələri üçün öyrənilməli nümunələrdəndir. Necə ki, Azərbaycanın əməkdar artisti Elza Seyidcahanın bütün yaradıcılığı bu baxımdan dəyərli bir mənbədir.

Eycazkar meyvə olan nar həm də sənətkarın növbəti kitabının əsas mövzusudur. Yaxın aylarda kitab işıq üzü görəcək və oxuculara təqdim olunacaq.

  • Sosial şəbəkədə paylaş