Bu gün Xalq artisti İlhamə Quliyevanın vəfatından 10 il ötür

İlhəmə Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında qəfil şəkildə dünyasını dəyişib. Fevralın 26-da isə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında torpağa tapşırılıb.

Aradan on il keçməsinə baxmayaraq, İlhamə Quliyevanın adı, sənəti və özünəməxsus xarakteri hələ də unudulmur. O, təkcə səsi ilə deyil, həm də cəsarətli çıxışları, qalmaqallı açıqlamaları və sənətə münasibəti ilə hər zaman gündəmdə olub. Səhnədə olduğu kimi, həyatında da fərqli və seçilən bir sima idi.
  • Sosial şəbəkədə paylaş