Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb

Azərbaycanın qərbində 3 600 il yaşı olan kurqanı tədqiq edən arxeoloqlar burada Orta Tunc dövründə mühüm hərbi və sosial statusa malik şəxsin dəfn edildiyini göstərən nadir daş toppuz başlığı, tunc xəncər və ox ucluqlarından ibarət kolleksiya aşkar ediblər.

APA "Arkernews"-a istinadən xəbər verir ki, tapıntılar Ağstafa rayonunda yerləşən "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Sarıyoxuş ərazisindəki 4 saylı kurqandan əldə edilib.

Arxeoloqlara görə, döyüşçü təxminən e.ə. XVII-XVI əsrlərdə dəfn edilib. Bu dövr Cənubi Qafqazda Tunc dövrü icmalarının siyasi təşkilatlanmasını və sosial iyerarxiyasını anlamaq baxımından mühüm olaraq qalır.
  • Sosial şəbəkədə paylaş