Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub.

Bununla bağlı məsələ parlamentin mayın 26-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunması, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin isə vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Bununla yanaşı, Aytən Heydər qızı Əliyeva, Telman Qulaməli oğlu Hüseynov, Elnur Aləm oğlu Nuriyev, Fərid Sabir oğlu İsmayılzadə, Elşən Uğur oğlu Abdullayev, Elməddin Mirpaşa oğlu Hüseynov və Rəna Nazim qızı Qafarovanın vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi nəzərdə tutulur.

Sənədə əsasən, Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Nural Turab oğlu Əliyevin isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması təklif edilir.

Eyni zamanda, Bilal Mahir oğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Etibar Mustafa oğlu Mustafayev və Anar Əlifğa oğlu Əsgərovun Şəki Apellyasiya Məhkəməsinin hakimləri, Fəxri Hümmət oğlu Hacızadə və Nicat Rauf oğlu Ağabəyovun isə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunmaları nəzərdə tutulur.

Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq qəbul edilib.
  • Sosial şəbəkədə paylaş