Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistin sualı cavablandırarkən deyib.

Belə ki, jurnalist Paşinyanın Azərbaycanla sərhəddə vəziyyətin dəyişdiyi, artıq orada cəbhə xəttinin olmadığı barədə dediklərini xatırladıb və İrəvanın Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edə biləcəyi ilə bağlı Kremlin narahatlığının olub-olmadığını soruşub.

Peskov qeyd edib ki, bununla bağlı heç bir siqnal olmayıb, ölkə liderlərinin isə bu məsələyə qayıtmaq imkanları hələ də var.

“Prezident Putin və baş nazir Paşinyanın qısamüddətli perspektivdə bunları, həmçinin lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəyini gözləyirik”, - deyə Peskov vurğulayıb.
  • Sosial şəbəkədə paylaş