Pezeşkian ilk xarici səfərini İraqa edəcək

A SƏHİFƏ

ARXİV

QƏZET

KONTAKTLAR
AZ

RU

Onlayn ictimai-siyasi qəzet


MOBİL VERSİYA

Pezeşkian ilk xarici səfərini İraqa edəcək

143 28.08.2024 11:58 A A
İran Prezidenti Məsud Pezeşkian prezident vəzifəsində ilk xarici səfərini İraqa edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq IRNA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, M.Pezeşkian İraqın baş naziri Məhəmməd əs-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək.

Kazem əl-Sadiq vurğulayıb ki, bu səfər zamanı İranın keçmiş prezidenti İbrahim Rəisinin dövründə razılıq əldə edilmiş bəzi sazişlərin imzalanması gözlənilir.

Səfir M.Pezeşkianın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
  • Sosial şəbəkədə paylaş