Tramp Harrislə debatdan qaçdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, vitse-prezident Kamala Harrislə yeni debatdan imtina edib.

Xarici agentliklərə istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

“Proses artıq çox uzağa gedib, səsvermə artıq başlayıb – heç bir revanş olmayacaq!” – Trampın statusunda qeyd olunur.

Sabiq prezidentin sözlərinə görə, Harris bu yaxınlarda Baydendən fərqli bir şey etməyəcəyini bildirib, bu da ikinci debatı mənasız hala gətirir.
  • Sosial şəbəkədə paylaş