Marketpleyslər Rusiya iqtisadiyyatının əhəmiyyətli bir hissəsinə çevrilib. Musavat.com xəbər verir ki, bunu TASS-a Sberbank-ın baş maliyyə direktoru Taras Skvortsov deyib.
Onun sözlərinə görə, hazırda bütün istehlakçı xərclərinin 15 faizi bu qurumlardadır. Ukraynanın ən böyük marketpleyslərin anbarlarına, logistika mərkəzlərinə zərbələri onların ticarətinə əhəmiyyətli təsir göstərib. Belə ki, son həftələrdə ev təsərrüfatlarının onlar vasitəsilə xərcləmələri 15 faiz azalıb.
Buna baxmayaraq, Skvortsov iddia edir ki, marketpleyslər bütün çətinliklərin öhdəsindən gələ biləcəklər: “Şərq İqtisadi Forumunda satıcılar üçün əlavə dəstək tədbirləri müzakirə olunacaq. Kiçik və orta sahibkarlıq üçün hazırda satıcılara şamil edilə və hökumət və bazar səviyyələrində tətbiq oluna bilən mümkün dəstək tədbirləri ilə bağlı müzakirələr aparılır. Hazırda satıcılardan restrukturizasiya və kreditləşmə üçün bir neçə min müraciətimiz var. Çətinliklərini başa düşərək bir çoxlarına kömək etməyə çalışırıq. Bu, yalnız maliyyə dəstəyindən daha çox şey tələb edir. Məsələn, Sberbank alternativ kanallar inkişaf etdirmək üçün şirkətlərə öz veb saytları vasitəsilə satışların təşkilində fəal şəkildə kömək edir. Şirkətlərə mövcud böhranın öhdəsindən gəlməyə kömək edə biləcək bir sıra tədbirlər mövcuddur. Əminəm ki, ölkənin ən böyük maliyyə qurumu olaraq biz də əlavə həllər təklif edəcəyik".