Florida baş prokuroru Ceyms Utmeyer Kubanın keçmiş lideri Raul Kastro haqqında həbs qərarı verib.
Xarici mediaya istinadla xəbər verir ki, o, bunu NBC News-da elan edib.
"Bu gün biz Raul Kastroya qarşı dövlət ittihamlarını və həbs qərarının verilməsini elan edirik", - deyə prokuror bildirib.
Xatırladaq ki, bu il may ayının 20-də ABŞ 94 yaşlı Kastroya qarşı ittiham irəli sürüb. İttihamlar Amerika təyyarələri ilə bağlı 30 il əvvəl baş vermiş hadisəyə görədir. 1996-cı ildə Kuba qırıcı təyyarələri Kubalı mühacirlərin təşkilatına məxsus təyyarələri vurub. Həmin gün Kuba hökumətinə qarşı çıxan "Brothers to the Rescue" təşkilatından üç təyyarə Kuba hava məkanına daxil olub və yerli qüvvələr üç təyyarədən ikisini vurub.
Mayın 29-da ABŞ-nin baş prokuroru Todd Blanş ölkəsinin Kastronu ekstradisiya etmək üçün əlindən gələni edəcəyini bildirib. O, ABŞ qüvvələrinin yanvar ayında Venesuela prezidenti Nikolas Maduronu necə ələ keçirdiyini xatırladıb. Blanş bu işi "ekstremal nümunə" adlandırıb.
Bundan daha əvvəl Pentaqon rəhbəri Kubaya qarşı "hərbi ssenari"ni istisna etməmişdi.