Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus bəhanəsi ilə Rusiyaya, MDB liderlərinin qeyri-rəsmi toplantısına və Avrasiya İqtisadi İttifaqının toplantısına qatılmasa da, Kremlin israrından sonra distant şəkildə toplantıda iştirak edib.
Toplantıda iştirak edən Belorus prezidenti Aleksandr Lukaşenko növbəti iclasın Minskdə keçiriləcəyini anons edib. Söz alan N.Paşinyan elan edib ki, Ermənistan nümayəndə heyəti Belarusda keçiriləcək Avrasiya İqtisadi İttifaqın sessiyalarında distant iştirak edəcək və ya ümumiyyətlə, iştirak etməyəcək. Lukaşenko bunun səbəbini soruşsa da, Paşinyan qeyri-müəyyən cavab verib və incikliyini aşkar nümayiş etdirib. Bu zaman Lukaşenko ilə Paşinyan arasında mübahisə yaranıb.
N.Paşinyan A.Lukaşenkonun Azərbaycan haqqında yüksək fikirlərdən və Ermənistan rəhbərliyi barədə ifşaedici açıqlamalarından sonra bir daha Belorusa getməyəcəyinə söz vermişdi.