Mossad Pakistan ordusunun komandanına qarşı sui-qəsd planlaşdırmışdır

Braziliyalı jurnalist və geosiyasi şərhçi Pepe Eskobar İsrailin kəşfiyyat xidməti Mossadın Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirə qarşı sui-qəsd planlaşdırdığını açıqlayıb.

Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Eskobarın sözlərinə görə, hadisənin İran və ABŞ arasında aparılan danışıqlar dövründə, Munirin İsveçrəyə səfəri zamanı baş verməsi nəzərdə tutulub.

Jurnalist bildirib ki, Pakistan hərbi kəşfiyyatı planlaşdırılan əməliyyat barədə əvvəlcədən məlumat əldə edib. Buna baxmayaraq, Pakistan tərəfi nümayəndə heyətinin səfər proqramında dəyişiklik etməyib.

Eskobarın dediklərinə görə, İslamabad İsrailə sərt xəbərdarlıq göndərərək, "Nümayəndə heyətimizə toxunsanız, sizi xəritədən siləcəyik", ifadələrini işlədib.

O qeyd edib ki, sui-qəsd planının məqsədi Tehran və Vaşinqton arasında davam edən danışıqları pozmaq və bölgədə gərginliyi artırmaq olub.
  • Sosial şəbəkədə paylaş