Rubiodan Rusiya-Ukrayna danışıqları ilə bağlı AÇIQLAMA: "Hələ tezdir..."

ABŞ dövlət katibi Marko Rubio Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə mümkün danışıqlardan danışmaq üçün hələ tez olduğunu bildirib.

Dövlət katibi bu məsələ ilə bağlı, o cümlədən ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında mümkün görüşləri ilə bağlı hələlik yekun qərarın olmadığını vurğulayıb.

Rubio jurnalist Marqaret Brennanla “Millətlə üz-üzə” verilişində çıxışı zamanı bildirib ki, Birləşmiş Ştatlar bu barədə prezidentin göstərişinə əməl etməlidir və fürsət yaranarsa, sülh prosesinə başlamaq üçün mümkün yolları araşdırmalıdır.
  • Sosial şəbəkədə paylaş