Ermənistan "Marqara" sərhəd-keçid məntəqəsinin açıldığını rəsmən təsdiqlədi - bu tarixlər arasında

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin açılması barədə rəsmi açıqlama yayıb.

Bildirilib ki, bu qərar 27 yanvar tarixində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə Suriya Ərəb Respublikasının xarici işlər və diaspor naziri Əsəd Həsən Əş-Şibani arasında keçirilmiş görüşdə əldə edilən razılaşma nəticəsində verilib. Keçidin 21-31 mart tarixlərində, müvəqqəti açıldığı da qeyd olunur.

Açıqlamada o da bildirilir ki, Suriya xalqına humanitar yardım məqsədilə ərzaq və dərman preparatları bu keçid məntəqəsindən göndərilir. Ermənistan tərəfi bildirir ki, bu prosesin təşkilində göstərilən yardım üçün Türkiyəyə təşəkkür edilir.
  • Sosial şəbəkədə paylaş