Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü Trampın 24 saatlıq sülh vədini reallaşdıra bilər”

Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampın müharibəni bir günə bitirmək vədini yerinə yetirməsinin yeganə yolunu açıqlayıb.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya qəbulu ən ucuz, ən sürətli və ən etibarlı variantdır:

“Əgər Amerika Ukraynanı NATO-ya qəbul etsə, bu, Trampın 24 saatlıq sülh vədini yerinə yetirdiyi anlamına gələcək. Məncə, bu, onun əlindədir”, – deyə Zelenski bildirib.

Lakin Ukrayna lideri əlavə edib ki, Vaşinqton hələ bu addımı atmağa hazır deyil.
  • Sosial şəbəkədə paylaş