Rusiyanın Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov Azərbaycan diasporuna qarşı yeni hücum mərhələsini elan edib.
KİV yazır ki, o, Ural bölgəsində azərbaycanlı diaspor liderinin oğlu Mütəvəlli Şıxlinskinin həbsinə şəxsən onun müraciəti səbəb olduğunu bəyan edib.
Mironov açıq şəkildə qeyd edib ki, bu məsələ onun daha geniş hədəfinin – bütün Azərbaycan diasporasının yoxlanılması – bir hissəsidir. Xüsusilə, Moskvanın iki nəhəng ticarət obyektinin – “Sadovod” və “Food City” bazarlarının fəaliyyətinin yoxlanılmasını tələb etdiyini bildirib. Qeyd edək ki, bu bazarlar Rusiyada tanınmış azərbaycanlı mənşəli milyarder God Nisanova məxsusdur.