Fransa Prezidenti Emmanuel Makron və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon əlaqəsi baş tutub.
Fransa liderinin sözlərinə görə, söhbətin əsas mövzusu Yaxın Şərqdə, xüsusilə Qəzzada cərəyan edən gərgin vəziyyət olub. O, bildirib ki, tərəflər bölgədə sülhün bərpası və iki dövlətli həll prosesinin gələcək perspektivlərini ətraflı şəkildə müzakirə ediblər.
“Bir qədər əvvəl Türkiyə Prezidenti ilə Qəzzadakı durum və iki dövlətli həllə dair beynəlxalq konfransın imkanları barədə danışdıq. İndiki məqamda bütün səylər israillilərin və fələstinlilərin təhlükəsizliyi və sülhü naminə yönəlməlidir”, – deyə Makron qeyd edib.