Moskva Trampla Putinin ikinci görüşünə hazırlaşır - Dəvət də göndərilib

Moskva Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskadan sonra növbəti görüşün Rusiya ərazisində baş tutacağını gözləyir.

Bunu Putinin köməkçisi Yuri Uşakov avqustun 15-də Rusiya və ABŞ prezidentlərinin sammiti üçün məkan kimi Alyaskanın seçilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq Trampa dəvət göndəriblər: "İrəliyə baxsaq, təbii ki, prezidentlərin - Vladimir Putin və Donald Trampın növbəti görüşünün Rusiya ərazisində baş tutmasını hədəfləməliyik. Müvafiq dəvət artıq ABŞ prezidentinə çatdırılıb".
  • Sosial şəbəkədə paylaş