Tramp: Ukrayna münaqişəsinin başa çatdırılması üçün real imkanlar var

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən danışıqlar sırasında jurnalistlərə mühüm açıqlamalar verib.

Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün yaxşı keçdiyini və nəticə əldə etmək üçün şansların olduğunu deyib. O, Zelenski və Avropa liderləri ilə nəzərdə tutulan görüşün də “yaxşı keçəcəyinə” ümid etdiyini bildirib.

ABŞ lideri vurğulayıb ki, Ukrayna münaqişəsinin sona çatdırılması üçün “məntiqli imkanlar” mövcuddur və həm Putin, həm də Zelenski bu istiqamətdə addım atmaq istəyirlər.
  • Sosial şəbəkədə paylaş