Moskva və Bakı Xəzər dənizində kruiz sərnişindaşımalarının təşkili və regionda turizmin inkişafı istiqamətində razılıq əldə ediblər.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan–Rusiya hökumətlərarası komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, yaxın perspektivdə Xəzər dənizində sərnişin gəmiləri ilə kruiz marşrutlarının açılması planlaşdırılır. Bu marşrutlar turistlərə Xəzəryanı ölkələrin dəniz limanlarını ziyarət etmək imkanı verəcək.
Overçuk əlavə edib ki, tərəflər kruiz daşımalarının dəstəklənməsi və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün birgə addımlar atmaq barədə razılaşıblar.