Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Azərbaycan və Türkiyə prezidentləri daxil, xarici dövlət rəhbərlərinə rəsmi dəvətnamələr hazırlığına başladığını bildirib. Söhbət gələn ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammitindən gedir. Az öncə Baş nazir Nikol Paşinyan şifahi şəkildə İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğna dəvət göndərmişdi.
Parlamentin spikeri Alen Simonyan isə bu gün bəyan edib ki, İrəvan İlham Əliyev və Ərdoğanın sammitdə iştirakını təmin etməyə hazırdır. “Biz hər şeyi edəcəyik ki, Əliyev və Ərdoğan burada özlərini rahat və təhlükəsiz hiss etsinlər,” – Simonyan əlavə edib...
Hələlik nə Bakı, nə də Ankara məsələyə reaksiya verib.