ABŞ Dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyəti ilə keçirilən ilk raund danışıqlardan sonra açıqlama yayıb. O, görüşü proses başlayandan bəri “ən məhsuldar və məzmunlu” mərhələ adlandırıb.
Rubio bildirib ki, tərəflər danışıqlar zamanı bir sıra əsas məsələlər üzrə əhəmiyyətli irəliləyiş əldə edib:
“Bu gün, mənim fikrimcə, bu proses çərçivəsində ən məhsuldar və mənalı görüşlərdən biri oldu. Bütün iştirakçıların töhfəsi nəticəsində çox ciddi nəticələr ortaya çıxıb. Hazırda həmin məsələlər bənd-bənd nəzərdən keçirilir”.
Dövlət katibi qeyd edib ki, ABŞ və Ukrayna nümayəndə heyətləri artıq öz kabinetlərinə çəkilərək müəyyən təkliflər üzərində işləməyə başlayıb. Onun sözlərinə görə, hazırda bəzi maddələr üzrə düzəlişlər hazırlanır və fikir ayrılıqlarının minimuma endirilməsi istiqamətində iş aparılır:
“Ümid edirik ki, həm ABŞ, həm də Ukrayna üçün tam şəkildə qəbul edilə biləcək ortaq məqam tapacağıq. Sonda sənəd prezidentlər tərəfindən imzalanmalıdır, lakin bu gün əldə olunan irəliləyiş məni kifayət qədər nikbin edir”.
Rubio danışıqlarda Rusiyaya dair elementlərin də müzakirə olunduğunu bildirib:
“Son doqquz ay ərzində Rusiya üçün önəmli olan məsələlərlə bağlı kifayət qədər ciddi və əsaslı təkliflər formalaşdırmışıq”.
Dövlət katibi görüşün ümumi proses üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Bu, indiyə qədər qarşılaşdığımız ən yaxşı görüş və ən önəmli gün ola bilər. Lakin görüləsi iş hələ qalır. Komandalarımız bu istiqamətdə fəaliyyətini davam etdirir”.
Rubio gün ərzində danışıqlara dair əlavə məlumatların təqdim ediləcəyini də vurğulayıb.