Argentina BMT Baş katibi postuna namizəd irəli sürdü

Argentina hökuməti rəsmi olaraq hazırkı MAQATE direktoru Rafael Qrossini BMT-nin növbəti baş katibi vəzifəsinə namizəd göstərib.

Europa Press-ə istinadən xəbər verir ki, qərarı Argentinanın xarici işlər naziri Pablo Kvirno açıqlayıb: "Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə Rafael Qrossinin namizədliyini təqdim etmək mənim üçün böyük şərəf və imtiyazdır".

O, Qrossinin Argentina diplomatik korpusunun üzvü kimi 40 ildən artıq "görkəmli karyerası" olduğunu və son olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) rəhbərlik etdiyini vurğulayıb. Kvirno əlavə edib ki, Qrossinin liderlik keyfiyyətləri 2023-cü ildə MAQATE direktoru vəzifəsinə ikinci müddətə seçiləndə nəzərə alınıb: "Onun çoxtərəfli sistem haqqında dərin biliyi, diplomatik dialoqu asanlaşdırmaq bacarığı, münaqişə vəziyyətlərində və ciddi beynəlxalq böhranlarda qərəzsiz və effektiv həmsöhbət kimi sübut olunmuş effektivliyi, texniki və dil səriştəsi və BMT Nizamnaməsinə sadiqliyi onu əla namizəd edir".
  • Sosial şəbəkədə paylaş