Əraqçinin Azərbaycana səfəri başladı

Abbas Əraqçini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının İrandakı səfir Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir. Onun sözlərinə görə, rəsmi Tehran Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır.
  • Sosial şəbəkədə paylaş