Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə Ukrayna münaqişəsi ilə bağlı açıqlamalar verib.
Brifinqdə Rusiya və ABŞ arasında Kremldə aparılan danışıqlara toxunan Peskov bildirib ki, “iş gərgin şəkildə gedir, mövzu son dərəcə vacib və mürəkkəbdir”.
Onun sözlərinə görə, Rusiya liderinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrup çərçivəsində görüş cümə və şənbə günləri Əbu-Dabidə keçiriləcək.
Peskov vurğulayıb ki, üçtərəfli qrupun (Rusiya–ABŞ–Ukrayna) Əbu-Dabidə keçiriləcək görüşünün vaxtı nümayəndə heyətlərinin gəlişindən sonra dəqiqləşdiriləcək. Zərurət yaranarsa, danışıqlar bu gün də, sabah da baş tuta bilər.
“Birləşmiş Ərəb Əmirliklərinə danışıqlara yollanan təhlükəsizlik üzrə işçi qrupun üzvləri gecə saatlarında Prezident Vladimir Putindən təlimatlar alıblar və görüşün dəqiq başlama vaxtı yerində müəyyən ediləcək”, - deyə Peskov qeyd edib.
O əlavə edib ki, bu qrup çərçivəsində Rusiya tərəfini yalnız hərbçilər təmsil edəcək.
Kremlin sözçüsü həmçinin bildirib ki, ABŞ-da dondurulmuş Rusiya aktivləri döyüşlərdən zərər çəkmiş ərazilərin, o cümlədən Donbasın bərpasına yönəldilə bilər. Onun sözlərinə görə, söhbət “5 milyard dollardan bir qədər az” məbləğdən gedir.