ABŞ–Rusiya–Ukrayna danışıqları ilə bağlı MƏLUMAT

ABŞ, Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı üçtərəfli danışıqların növbəti raundunun vaxtı açıqlanıb.

Bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkə hesabında məlumat yayıb.

Ravidin paylaşımına əsasən, danışıqlar 1 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacaq. Məlumata görə, ABŞ rəsmisi növbəti raundun əvvəlki görüşlərin davamı olacağını təsdiqləyib.
  • Sosial şəbəkədə paylaş