Lavrov MDB dövlətlərinin səfirlər ilə görüşdü

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri ilə görüşüb.

MDB-nin baş katibi Sergey Lebedev və digər Avrasiya strukturlarının icra orqanlarının rəhbərləri olub.

Görüşdə, həmçinin, Azərbaycannın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Diplomatlar aktual beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar, ötən il Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrinə yekun vurublar. Rusiya XİN-in məlumatına görə, görüşdə eyni zamanda xarici siyasət koordinasiyasının gücləndirilməsi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin artırılması və regional təhlükəsizliyin təmin edilməsi daxil olmaqla, yaxın gələcək üçün vəzifələr müəyyən edilib.
  • Sosial şəbəkədə paylaş