Azərbaycan MDB-nin sərhəd müzakirələrinə getmədi

Fevralın 18 və 19-da MDB üzv dövlətlərinin sərhədyanı cinayətkarlıqla mübarizə, eləcə də sərhəd təhlükəsizliyi məsələləri üzrə əsasnamə layihələrini yekunlaşdırmaq üçün ekspert qrupunun iclası keçirilib.

Təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidməti və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Azərbaycan isə nə birbaşa, nə online fotmatda müzakirələrə qatılmayıb.Bunun səbəbi haqda heç bir rəsmi bilgi yoxdur.

İclas zamanı təkliflər sənədləşdirilib və müəyyən edilmiş qaydada baxılması üçün MDB Xarici İşlər Nazirləri Şurasına təqdim edilməsi qərara alınıb.
  • Sosial şəbəkədə paylaş